logo

Ərdoğanın KİV məsələri üzrə  köməkçisi Bakıya gəlir

10:09 05-04-2021 | icon 3409
Ərdoğanın KİV məsələri üzrə  köməkçisi Bakıya gəlir
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıya səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə prezident Administrasiyasından məlumat verilib.

Bildirilib ki, səfərin 10-11 aprel tarixlərində baş tutacaq. Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında KİV sahəsində əməkdaşlıq, eləcə də  müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.