logo

Qazaxıstan ilə Türkiyə "Alp Arslan" tarixi seriyalını çəkməyə hazırlaşır

21:19 04-04-2021 | icon 1736
Qazaxıstan ilə Türkiyə "Alp Arslan" tarixi seriyalını çəkməyə hazırlaşır

Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət "Alp Arslan" tarixi seriyalının Qazax çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.

Türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellərin yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib.

Bundan başqa, tərəflər arasında “Korkıt Ata” tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.