logo

İndiyədək ölkədə vaksin vurulanların sayı 948 min nəfərə çatır

14:49 04-04-2021 | icon 1729
İndiyədək ölkədə vaksin vurulanların sayı 948 min nəfərə çatır

Aprelin 4-də Azərbaycanda 22 min 932 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 451, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 14 min 481 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 745-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.