logo

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları təlimlərə başlayır

14:13 04-04-2021 | icon 1575
Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları təlimlərə başlayır

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

YeniAvropa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

Təlimlər aprelin 8-dək davam edəcək.