logo

Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 831 min nəfəri ötüb

10:10 04-04-2021 | icon 287
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 831 min nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 662 mindən çox artıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 662 min 690 nəfər yeni koronavirusa yoluxub, 11 min 306 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 129 milyon 902 min 402, ölənlər isə 2 milyon 831 min 815 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.