logo

Lənkəranda elçilərinə “yox” deyilən 16 yaşlı qız özünü asdı

19:53 03-04-2021 | icon 1554
Lənkəranda elçilərinə “yox” deyilən 16 yaşlı qız özünü asdı

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Girdəni kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.
 
Lakin  gənc qızın valideynləri "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış edərkən  onun guya damdan yıxılaraq xəsarət almacı barədə məlumat veriblər. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin öldüyü məlum olub.
İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.
 
Qonşuların bildirdiyinə görə, bir müddət əvvəl Monika Hüseynzadəyə elçi gəlib və ailə üzvləri bu izdivaca razılaşmayıblar-elçilərə "yox" cavabı verilib. Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb.
 
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.