logo

Hamlet İsaxanlının həyat yoldaşı vəfat edib

18:31 03-04-2021 | icon 280
Hamlet İsaxanlının həyat yoldaşı vəfat edib

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşı, universitetin həmtəsisçisi, bəstəkar Nailə İsayeva dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə Hamlet İsaxanlının dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilib ki, N.İsayeva uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.

Qeyd edək ki, Nailə İsayeva 1947-ci il may ayının 29-da Quba şəhərində anadan olub. Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, direktoru (2000-2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri (2010-cu ildən başlayaraq) və bəstəkar olub.