logo

Azərbaycanda daha 2392 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

16:49 03-04-2021 | icon 1694
Azərbaycanda daha 2392 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1063 nəfər müalicə olunaraq sağalıb, 2392 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 268 min 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 240 min 870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib. Aktiv xəstə sayı 24196 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 916 min 745 test aparılıb. Bugünkü test sayı isə 15585-dir