logo

Bakı meriyasının keçmiş Aparat rəhbəri həbs olundu

14:45 03-04-2021 | icon 1771
Bakı meriyasının keçmiş Aparat rəhbəri həbs olundu

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib.

YeniAvropa xəbər verir ki, R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rasim Quliyev  2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri  hesab edilirdi.

R. Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.