logo

Xocavənd rayonu ərazisində silah-sursat tapılıb

14:13 03-04-2021 | icon 1729
Xocavənd rayonu ərazisində silah-sursat tapılıb

Xocavənd rayonu ərazisində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.