Hesablama Palatası 2020-ci il üzrə hesabatını Milli Məclisə təqdim edib
Hesablama Palatasının yeni üzvlərinin, şöbə və bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiyası dövrünün müvafiq qaydalarının tələblərinə riayət edilməklə geniş tərkibdə kollegiya iclası keçirilib.
Palatadan YeniAvropa-ya bildirilib ki, kollegiyada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ildə fəaliyyətləri haqda hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edilib ki, hesabat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11-ci, 14.0.12-ci və 37-ci maddələrinə əsasən, həmçinin “Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na uyğun tərtib olunub, ali audit orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş beynəlxalq standartların tələbləri nəzərə alınıb.
Keyfiyyətcə bir sıra yeniliklər edilmiş hesabatda hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, o cümlədən Hesablama Palatasının təqdim etdiyi təkliflərlə bağlı müvafiq orqanların münasibəti, korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər üzrə geniş məlumatlar əks olunub, palatanın 2020-ci ildə fəaliyyəti haqqında hesabata daxil edilmiş 2021-2025-ci illər üzrə Strateji Planı da ayrıca təqdim edilib.
V.Gülməmmədov Hesablama Palatasının illik çıxış sənədləri sırasında mühüm əhəmiyyətə malik olan hesabatın, Strateji Planın, eləcə də metodoloji sənədlərin dərindən öyrənilməsini, palatanın fəaliyyətində güclü və zəif cəhətlərin müəyyən edilməsi üçün təkliflər verilməsini, palatada beynəlxalq standartlar üzrə təlim keçmiş daha bilikli, IT texnologiyalarını dərindən bilən peşəkar kadrlara həmişə yer olduğunu, eyni zamanda, beynəlxalq sertifikatların alınmasının şərt kimi irəli sürüldüyünü bildirib.
Müzakirələrin sonunda Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisə təqdim edilməsi ilə bağlı kollegiya qərarı qəbul olunub.
Kollegiyada, həmçinin 2021-ci il üzrə İş Planına uyğun olaraq kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramları müzakirə olunaraq təsdiq edilib.
"Bandotdel" əməliyyat keçirdi-VİDEO
3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək
Meriyanın tabeliyindəki bağçalarda 2 milyon manatlıq yeyinti aşkarlandı
Azərbaycanlı və pakistanlı gənclər evləndi, rektorla səfir şahid oldu
Azərbaycanın "Əməkdar mədəniyyət işçisi" koronavirusdan vəfat etdi
İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək
Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı
Gürcüstanın "İnterpol"la axtardığı şəxs Azərbaycanda tutuldu
Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək
Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu
Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu
Sabah Bakıda 21° isti olacaq
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsinin videogörüntüləri yayıldı
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycan nefti 65,92 dollara satılır
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
Ucarda arvadını qətlə yetirən ər həbs edildi
Milli Məclisin sabiq sektor müdiri vəfat etdi
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir
UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib
Türkiyənin sabiq baş naziri vəfat edib
Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb
Ölkədə II mərhələdə peyvənd olunanların sayı 430 min nəfərə çatır