logo

Türkiyə Cahit Bağcını Azərbaycana yeni səfiri təyin edib

10:10 03-04-2021 | icon 2177
Türkiyə Cahit Bağcını Azərbaycana yeni səfiri təyin edib

Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub.

YeniAvropa xəbər verir ki,  bununla bağlı Türkiyə prezidenti müvafiq qərar imzalayıb.

Qərara əsasən, Türkiyənin ölkəmizdəki hazırkı səfiri Erkan Özoral geri çağırılıb, onun yerinə Cahit Bağcı təyin olunub.

Prezidentin digər qərarları ilə Türkiyənin daha on iki ölkəyə yeni səfirləri təyinat alıb.

Xatırladaq ki, Cahit Bağçı səfir təyin edilənədək Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvü olub. 

Bu barədə diplomat özü "Twitter" hesabında yazıb: 

"Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum.Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab prezidentimizə təşəkkürlərimi bildirirəm”.

Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:

“Əsaslı dostluq və qardaşlıq ruhu, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.