logo

Gömrük Komitəsi rəhbərliyinin doğum yerləri nədən rəsmi saytdan silinib?

09:26 03-04-2021 | icon 5306
Gömrük Komitəsi rəhbərliyinin doğum yerləri nədən rəsmi saytdan silinib?

Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərdən (sədr və sədr müavinləri) 4-ü Naxçıvan Müxtar Respublikasında doğulsalar da, qurumun rəsmi saytında yer alan məlumatlarda onların doğum yeri göstərilməyib.

YeniAvropa xəbər verir ki,  əvvəllər Komitənin rəhbərliyində yer alan şəxslərin hər birinin saytda yerləşdirilən tərcümeyi-hallarında doğum yeri qeyd olunurdu. Lakin  sosial şəbəkədə bu barədə silsilə yazılar dərc edildikdən sonra  DGK-nın rəsmi saytında sədr və onun 3 müavininin tərcümeyi-halından doğum yerləri silinib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərin-sədr və sədr müavinlərinin do diqqət edək:
1. Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2. Hüseynov İsmayil Xəlil oğlu -  Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5. Qasımov Cavad Mustafa oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor - 1967-ci il mayın 31-də Bakı şəhərində anadan olub.
6. Babayev İqbal Alıcan oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor - 1964-cü ildə Yardımlı rayonunda  anadan olub.


Məlumat üçün qeyd edək ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir. Sədr də daxil olmaqla Komitənin qeyd olunan vəzifəli şəxslərinin 17%-i və ya 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olublar. Bundan başqa Gömrük Komitəsi sədrinin 5 müavinindən 3-ü və ya 60%-i Naxçıvanda doğulublar. Eyni zamanda Komitə rəhbərliyində yer alan və general rütbəsi daşıyan şəxslərin də 62,5%- nin və ya 5 nəfərin Naxçıvanda doğulduğu qeyd olunur.
Onu da bildirək ki, Naxçıvan Müxtar Respublikasının əhalisi ölkənin ümumi əhalisinin 4,6%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsinin Naxçıvanda doğulan vəzifəli şəxslərinin tam siyahısı:
1.  Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2.  Hüseynov İsmayil Xəlil oğlu -  Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3.  Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4.  Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5.  Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
6.  Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.
7.  Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik -  1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.
8.  Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor -  1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
9.  Nüsrət Qurbanov Qənbər oğlu - İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi,polkovnik - 15 aprel 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
10.  Novruzov Qulu Novruz oğlu  - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, polkovnik - 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun  Nehrəm kəndində anadan olub.
11.  Zalov Rəşad Oruc oğlu - Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik - 18 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
12.  Fərzəliyev Dilavər Məmməd oğlu - Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik -  1959-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub.
13.  Axundov Natiq Sabir oğlu - Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik - 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olub.
14.  Muxtarov Sənan Əli oğlu - Hüquq Təminatı İdarəsinin rəisi, polkovnik - 1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində anadan olub./Yeniavaz