logo

"EURO-2020"nin ev sahibliyi Bakıdan alınır?

23:13 02-04-2021 | icon 2317
"EURO-2020"nin ev sahibliyi Bakıdan alınır?

"EURO-2020"nin final mərhələsinin oyunlarına ev sahibliyi etmək səlahiyyəti  Bakıdan alına bilər.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Sportschau” nəşri yayıb.

Bildirilib ki, qitə birinciliyinin ev sahibliyi 12 şəhərə(Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Ansterdama) verilməsinə baxmayaraq, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən onlardan 5-i proqramdan çıxarıla bilər. Həmin şəhərlər Bakı, Bilbao, Dublin, Qlazqo və Münhendir. UEFA yekun qərarını azarkeşlərlə bağlı təşkilatçılardan təminat aldıqdan sonra aprelin əvvəllərində verəcək.

Xatırladaq ki, "EURO-2020"nin final mərhələsinin oyunları COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Oyunların  11 iyun – 11 iyul tarixlərində baş tutacağı planlaşdırılıb.

Final mərhələsinin 4 matçı -qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Püşkatmaya görə  Bakıda A qrupunda yer alan komandalar: Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandalarıı mübarizə aparacaq.

Elşən Balayev