logo

Azərbaycanda vaksin olunanların sayı açıqlanıb

21:43 02-04-2021 | icon 2072
Azərbaycanda vaksin olunanların sayı açıqlanıb

Aprelin 2-də Azərbaycanda 32 min 670 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 509, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 21 min 161 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 889 min 33-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 569 min 994, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 319 min 39 nəfərdir.