logo

Türkiyədə yoluxma rekord həddə çatıb

20:20 02-04-2021 | icon 2121
Türkiyədə yoluxma rekord həddə çatıb

Türkiyədə COVİD -19 infeksiyasına sutkalıq yoluxma sayı növbəti dəfə rekord həddə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,    bu barədə Türkiyə Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki,  ölkədə 42 308 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.

Yoluxmadan 179 nəfərin ölümü təsdiqlənib. 2182 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə ölkədə koronovirusdan ölənlərin sayı isə31 892 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVİD -19 infeksiyasının yayılması sürətləndiyi üçün bu gün saat 21.00-dan etibarən ölkənin 58 vilayətində şənbə günləri də küçəyə çıxma məhdudiyyəti yenidən tətbiq olunmağa başlanıb.