logo

Antalya “Böyük dəbilqə”sindən ikinci bürünc medalımız gəldi

19:59 02-04-2021 | icon 4851
Antalya “Böyük dəbilqə”sindən ikinci bürünc medalımız gəldi

Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Murad Fətiyev bürünc medala yiyələnib.

Xatırladaq ki, ötən gün 66 kq çəki dərəcəsində yarışan Nicat Şıxəlizadə də turnirin bürünc medalını qazanıb.