logo

Rəqəmsal ticarətə dair Azərbaycan-Türkiyə memorandumu imzalandı

16:31 02-04-2021 | icon 2394
Rəqəmsal ticarətə dair Azərbaycan-Türkiyə memorandumu imzalandı

Aprelin 2-də Azərbaycan və Türkiyə arasında rəqəmsal ticarət haqqında anlaşma memorandumu imzalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir qeyd edib ki, memorandum ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.

Qeyd edək ki, bu gün Bakıda Türkiyə-Azərbaycan işgüzar görüşü keçirilib. Tədbirdə qardaş ölkənin ticarət naziri xanım Ruhsar Pekcan və hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.