logo

Paytaxt sakinindən 1 kq-dan çox heroin götürülüb

14:44 02-04-2021 | icon 273
Paytaxt sakinindən 1 kq-dan çox heroin götürülüb

Paytaxt sakinindən bir kiloqramdan artıq heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 1 kiloqram 320 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.