“İsgəndər” raketlərini Şuşaya kim atıb-ermənilər, yoxsa ruslar?
İşğaldan azad edilmiş Şuşa şəhərində bu il martın 15-də Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tapılan "İsgəndər" raketlərinin qalıqları Bakıda nümayiş etdirilir.
YeniAvropa xəbər verir ki, “İsgəndər” raketlərinin qalıqları bu gündən etibarən Bakıda “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki meydanda təqdim olunur.
Bəs raketin qalıqları hansı səbəbdən Bakıya gətirilib? Ən əsası isə, "İsgəndər" raketlərini Şuşaya atan Rusiya, yoxsa Ermənistan silahlı qüvvələri olub? Azərbaycan Müdafiə Nazirliyi "Turan"ın bu suallarına cavab verməyib və nazirliyin mətbuat xidməti sualları Minatəmizləmə Agentliyinə ünvanlamağı məsləhət bilib.
ANAMA-nın qərargah rəisi İdris İsmayılovun sözlərinə görə raketlərin qalıqları onun özü tərəfindən Şuşada, biri şəhərin yaşayış evlərinin kənarında, digəri mərkəzdə, ermənilərin təmtəraqlı inauqurasiya keçirdiyi binanın yanında tapılıb.
"Raketlərin qalıqlarının Bakıya gətirilib insanlara göstərilməsinə yuxarıdan rəhbərlik qərar verib. Qalıqların neçə müddət Bakıda qalacağı barədə məlumatım yoxdur. Ehtimal edirik ki, iki raketin qalıqlarıdır. Onlar partlayaraq dağılıblar. Raketlərin atılmasından xeyli vaxt keçdiyinə görə barıt hissəcikləri tapılmayıb",- deyə İdris İsmayılov qeyd edib.
"İsgəndər" raketlərinin Şuşaya ermənilər, yoxsa Ermənistanda yerləşən Rusiya hərbiçiləri tərəfindən atılması Azərbaycanda müzakirə mövzusudur.
Hərbi ekspert Tərlan Eyvazov bir çox məlumatları araşdırdıqdan sonra "İsgəndər" raketlərinin məhz ermənilər tərəfindən atıldığını iddia edir.
Amma Ukraynalı ekspert Aleksandr Arestoviç Turan-a müsahibəsində bu raketlərin Rusiya qüvvələri tərəfindən Şuşaya bilərəkdən atıldığını deyib. O hesab edir ki, raketkər partlamayıb, ruslar "bolvanka", yəni partlayıdıcı olmayan raketlərlə Şuşanı vuraraq, hədəfi dəqiq müəyyən etmək istəyib.
"İsgəndər" raketlərinin qalıqlarının Bakıya gətirilməsinin və mətbuata raketlər atılması barədə xəbərlərin verilməsinin siyasi səbəblərinə gəlincə, bir çox azərbaycanlı şərhçilərin qənaətinə görə, bu addımlarla Bakı və Ankara Rusiyaya aydın mesaj göndərərək, Kremlin hərəkətlərinə göz yummaq istəmədiklərinə işarə edirlər.
Buna nəyin səbəb olduğu aydın deyil, belə ki, bir müddət əvvəl İlham Əliyev şəxsən İkinci Qarabağ müharibəsi zamanı “İsgəndər” raketlərindən istifadə olunmadığını bildirib. Amma, Bakı raketlərdən istifadə edildiyinin sübutunu təqdim etmək qərarına gəlibsə, görünür, nə isə dəyişib.
Bunun ətrafında müəyyən siyasi ticarət getdiyi istisna deyil və Azərbaycan geri çəkilmək niyyətində deyil.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub