logo

Paytaxtda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

13:31 02-04-2021 | icon 1456
Paytaxtda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov YeniAvropa-ya bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib: “Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”.