logo

Ölkədə koronavirusa yoluxmanın  53,7 faizi paytaxtın payına düşür

13:09 02-04-2021 | icon 1694
Ölkədə koronavirusa yoluxmanın  53,7 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

YeniAvropa "koronavirusinfo.az" saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 53,7 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 12,9, Aran rayonlarında 12,4, Gəncə-Qazax bölgəsində 7,8, Şəki-Zaqatalada 3,5, Quba-Xaçmazda 2,9, Lənkəranda 2,7, Dağlıq Şirvanda 2,4, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,3 faizdir.