logo

Şabranda hasar yeniyetmələrin üstünə aşdı:biri öldü, ikisi yaralıandı

12:28 02-04-2021 | icon 2800
Şabranda hasar yeniyetmələrin üstünə aşdı:biri öldü, ikisi yaralıandı

Aprelin 1-də saat 14 radələrində Şabran şəhərinin M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon Prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərilərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.