logo

Dünya üzrə koronavirusdan ölənlərin sayı 2 milyon 841 min  nəfəri ötüb

10:59 02-04-2021 | icon 1904
Dünya üzrə koronavirusdan ölənlərin sayı 2 milyon 841 min  nəfəri ötüb

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 130 milyon nəfəri ötüb.

YeniAvropa  pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, hazırda bütün dünyada koronavirusa 130 milyon 224 min 75 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 841 min 209 nəfərə, sağalanların sayı isə 104 milyon 929 min 976 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderliyini davam etdirir. Burada koronavirusa 31 milyon 244 min nəfər yoluxub, 566 min 611 nəfər ölüb, 23 milyon 754 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Braziliyada 12 milyon 842 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 325 min 559 nəfər vəfat edib, sağalanların sayı isə 11 milyon 239 min nəfərdir.

Yoluxma hallarında ən yüksək üçüncü göstərici Hindistanda qeydə alınıb. Bu ölkədə pandemiya dövrü ərzində 12 milyon 303 min nəfər virusa yoluxub, onlardan 163 min 428 nəfəri həyatını itirib, 11 milyon 525 min nəfər sağalıb.