Milli Məclisin bugünkü iclasının gündəliyinə 13 məsələ daxil edilib
Aprelin 2-də keçiriləcək Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. “Elektroenergetikahaqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
6. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
10. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
11. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
12. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
"Bandotdel" əməliyyat keçirdi-VİDEO
3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək
Meriyanın tabeliyindəki bağçalarda 2 milyon manatlıq yeyinti aşkarlandı
Azərbaycanlı və pakistanlı gənclər evləndi, rektorla səfir şahid oldu
Azərbaycanın "Əməkdar mədəniyyət işçisi" koronavirusdan vəfat etdi
İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək
Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı
Gürcüstanın "İnterpol"la axtardığı şəxs Azərbaycanda tutuldu
Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək
Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu
Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu
Sabah Bakıda 21° isti olacaq
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsinin videogörüntüləri yayıldı
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycan nefti 65,92 dollara satılır
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
Ucarda arvadını qətlə yetirən ər həbs edildi
Milli Məclisin sabiq sektor müdiri vəfat etdi
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir
UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib
Türkiyənin sabiq baş naziri vəfat edib
Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb
Ölkədə II mərhələdə peyvənd olunanların sayı 430 min nəfərə çatır