İlham Əliyev ÜST-nin baş direktoru ilə görüşüb
Aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) baş direktorunun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub.
YeniAvropa xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşkilatın digər rəhbər nümayəndələri iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.
Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışdı, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirdi. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğuladı.
Dövlət başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirdi. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini deyib. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildiri.b
Azərbaycanda daha 2317 nəfər koronavirusa yoluxdu, 36 nəfər öldü
Sahibə Qafarova Sankt-Peterburq qırğızıstanlı həmkarı ilə görüşüb
Milli Məclis komitələrinin birgə iclası keçirilib
“Taliban”:"Mayın 1-dək bütün xarici qoşunların Əfqanıstandan çıxarılılsın"
"Bandotdel" əməliyyat keçirdi-VİDEO
3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək
Meriyanın tabeliyindəki bağçalarda 2 milyon manatlıq yeyinti aşkarlandı
Azərbaycanlı və pakistanlı gənclər evləndi, rektorla səfir şahid oldu
Azərbaycanın "Əməkdar mədəniyyət işçisi" koronavirusdan vəfat etdi
İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək
Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı
Gürcüstanın "İnterpol"la axtardığı şəxs Azərbaycanda tutuldu
Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək
Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu
Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu
Sabah Bakıda 21° isti olacaq
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsinin videogörüntüləri yayıldı
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycan nefti 65,92 dollara satılır
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
Ucarda arvadını qətlə yetirən ər həbs edildi
Milli Məclisin sabiq sektor müdiri vəfat etdi
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir