logo

Uşaq bağçaları da  bağlanacaq?

17:33 01-04-2021 | icon 378
Uşaq bağçaları da  bağlanacaq?
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb. 
 
 YeniAvropa xəbər verir ki, bu qərardan sonra hər kəsi düşündürən sual uşaq bağçalarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı idi. 
 
Təhsil Nazirliyindən  verilən məlumata görə, yeni qərar yalnız məktəblərə aiddir: "Bu qərar uşaq bağçalarına şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir".