logo

2 cüdoçumuz Antalya “Böyük dəbilqə”sində III yerə namizəddirlər

17:07 01-04-2021 | icon 1862
2 cüdoçumuz Antalya “Böyük dəbilqə”sində III yerə namizəddirlər

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində iki cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq.

YeniAvropa xəbər verir ki, kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə (66 kq) digər təmsilçimiz Orxan Səfərovu məğlub edərək yarımfinala vəsiqə qazansa da, final uğrunda görüşdə yaponiyalı Hifumi Abeyə uduzub. Cüdoçumuz bürünc medal uğrunda Kilian Le Blu ilə qarşılaşacaq. Orxan Səfərov da üçüncü yer uğrunda mübarizə aparacaq. Belə ki, idmançımız təsəlliverici görüşdə böyük britaniyalı Qreqq Vareyaya qalib gələrək bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Murad Çopanov olacaq.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.