logo

ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək verir

15:35 01-04-2021 | icon 322
ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək verir

Amerika Birləşmiş Ştatları(ABŞ) və İsrailin Azərbaycandakı səfirlikləri ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) ilə innovativ əməkdaşlığa başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, layihə çərçivəsində universitetin Gəncə yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI-ci əsrin istehsal təcrübələrini özündə əks etdirəcək 5 təcrübə sahəsi salınacaq.

Bu nümunəvi sahələr ən son ABŞ və İsrail texnologiyalarını və təcrübələrini özündə əks etdirəcək, müasir intensiv becərmə üsullarının tədris platforması olmaqla yanaşı Azərbaycanda yüksək keyfiyyətli meyvələrin səmərəli istehsalında yardımçı olmaq üçün universitetin bacarıqlarını artıracaq.

Layihə Azərbaycan fermerlərinə ixracatlarını və gəlirlərini artırmağa kömək edəcək.

“ XXI-ci əsrdə kənd təsərrüfatı sahəsində lider ölkələr olan ABŞ və İsrail bu mühüm layihə çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyinə dəstək məqsədilə ADAU-nun bizimlə tərəfdaşlığından çox məmnundur.Ənənəvi bağlardan fərqli olaraq intensiv bağlar daha məhsuldar, ətraf mühitə az ziyan verən və gəlirli olurlar. Bu yeni layihə Azərbaycan fermerlərinə, istehsalçılarına və aqronomlarına daha az su istifadə edərək daha çox meyvə yetişdirməyə kömək edəcək, bu isə daha çox satış və ixracla nəticələnəcək,” -deyə ABŞ səfiri Ö.Litzenberger və İsrail səfiri C.Dikin birgə bəyanatında qeyd edilib.

 Qeyd edək ki, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi və Beynəxalq Əməkdaşlıq Agentliyi (MASHAV) vasitəsilə Azərbaycandakı İsrail səfirliyi tərəfindən birgə maliyyələşdiriləcək və ADAU ilə əməkdaşlıq şəklində USAID-in Özəl Sektorun İnkişafı layihəsi və MASHAV tərəfindən icra ediləcək. Tərəfdaşlar Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və bölgələrdə gəlirlərin artırılması, eyni zamanda daha möhkəm və dayanıqlı icmalar qurmaq istiqamətində birgə məqsədə töhvə verəcəklər.

0-0