logo

Əhalisinin 90 %-i peyvənd olunan ölkədə maska taxmaq götürüldü

14:58 01-04-2021 | icon 301
Əhalisinin 90 %-i peyvənd olunan ölkədə maska taxmaq götürüldü

Avropanın Aralıq dənizi və Şimali Afrikaya açılan qapısı hesab edilən Cəbəllütariqdə həyat koronavirusdan əvvəlki vəziyyətə dönür. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 90 faiz əhalinin peyvənd olunduğu ölkədə maska taxmaq öhdəliyi götürülüb.

Bütün restoran və kafelər gecə saatlarına qədər iş fəaliyyətin bərpa edib. 

Bununla  yanaşı, ölkə prezidenti mətbuata açıqlamasında  bunun dünyada bir ilk olduğunu qeyd edib: "Dünyanın əksər ölkələri mübarizə apararkən artıq Cəbəllütariqdə məhdudiyyətlər qalxır.  Əhalinin və güc strukturunun  nizamlı qaydalara riayət etməsi, bizi bu ölümcül virusdan tez yaxa qurtamağ yardım etdi".

Qeyd  edək ki, Cəbəllütariqlilər "Pfizer / BioNtech"  vaksinindən istifadə edib.