logo

Hazırda Bakıda tozun miqdarı normadan 3,8 dəfə artıqdır

14:24 01-04-2021 | icon 1582
Hazırda Bakıda tozun miqdarı normadan 3,8 dəfə artıqdır

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Xidmətdən  YeniAvropa-ya bildirilib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə, Bakıda tozun miqdarı normadan 3,8 dəfə artıqdır.