logo

Azərbaycanlılar bu il də Həcc ziyarətinə gedə bilməyəcəklər

13:57 01-04-2021 | icon 1512
Azərbaycanlılar bu il də Həcc ziyarətinə gedə bilməyəcəklər

Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

 YeniAvropa xəbər verir ki, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

Xatırladaq ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.