logo

Paytaxtda intihara cəhd: 25 yaşlı qız özünü 6-cı mərtəbədən atdı

13:03 01-04-2021 | icon 2744
Paytaxtda intihara cəhd: 25 yaşlı qız özünü 6-cı mərtəbədən atdı

Bakının Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.

O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən araşdırma aparılır.