logo

Türkiyədə azərbaycanlı avtoritetlər arasında atışmada ölən var - VİDEO

12:42 01-04-2021 | icon 1386
Türkiyədə azərbaycanlı avtoritetlər arasında atışmada ölən var - VİDEO

Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub.

YeniAvropa xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba, “Xarkov Fuad” ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə Naxçıvanlı Baba hadisə yerinə ölüb, Xarkov Fuad isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

“Qafqazinfo”nun məlumatına görə, naxçıvanlı Baba əvvəllər peşəkar cüdoçu olub və müxtəlif turnirlərdə mükafatlar alıb. O, daha sonra kriminal aləmə qoşulub.