logo

Badamdardakı sürüşmənin səbəbləri açıqlandı

12:22 01-04-2021 | icon 252
Badamdardakı sürüşmənin səbəbləri açıqlandı
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşməyə səbəb əsasən, orta hissədə, 2-ci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.
 
Onun sözlərinə görə, drenaj quyularının hazır olmasına baxmayaraq, uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb:
 
"Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur.
 
Layihə üzrə işlər tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər".