logo

Çavuşoğlu:Azərbaycanla Türkiyə arasında bütün maneə aradan qalxır

11:55 01-04-2021 | icon 1358
Çavuşoğlu:Azərbaycanla Türkiyə arasında bütün maneə aradan qalxır

Bu gündən etibarən Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" hesabında yazıb.

 Mövlud Çavuşoğlu qeyd edib ki, iki qardaş ölkə arasında bütün maneələr artıq aradan qalxır:

"Qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun!"