logo

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Azərbaycana gəlir

09:58 01-04-2021 | icon 1596
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Azərbaycana gəlir

Birləşmiş Millətlər Təşkilatının(BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır  Azərbaycana səfərə gəlir.

YeniAvropa xəbər verir ki, bu barədə "Anadolu" agentliyi BMT-nin sözçüsü Brenden Varmaya istinadla məlumat yayıb.

Bildirilir ki, səfər BMT rəsmisinin aprelin 1-dən 12-dək Türkiyə, Azərbaycana və Qətərə nəzərdə tutulan turnesi çərçivəsində baş tutacaq.

Səfər çərçivəsində BMT rəsmisi hər üç ölkənin rəhbərləri ilə görüşəcək.

Bundan əlavə, Volkan Bozkır Türkiyəyə səfəri çərçivəsində Hatay bölgəsindəki suriyalı qaçqınların həyat tərzi ilə tanış olacaq.