logo

Yeni nazir köhnə nazirin baş direktor qaynını işdən çıxardı

17:57 31-03-2021 | icon 1491
Yeni nazir köhnə nazirin baş direktor qaynını işdən çıxardı

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub.

YeniAvropa xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktoru Cümşüd Bağırov vəzifəsindən azad olunub.

Qeyd edək ki, işdən çıxarılan Cümşüd Bağırov sabiq nəqliyyat rabitə və yüksək texnologiyalar naziri,  hazırda isə prezidentin işlər müdiri vəzifəsində çalışan Ramin Quluzadənin qaynıdır.