23 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Zamin Əliyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 46 qram heroin, 27 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Zamin Əliyevin yaşadığı evdən əlavə 8 kiloqram heroin, 2 kiloqram 440 qram metamfetamin, 2 kiloqram 200 qram marixuana, 2 kiloqram 603 qram tiryək və 2300 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunub. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Orxan Mürsəlov saxlanılıb. Onun üzərinə baxış zamanı 10 qram, Xəzər rayonunda yaşadığı mənzildən isə əlavə 2 kiloqram 160 qram heroin, 215 qram marixuana, 61 qram tiryək, 358 qram metamfetamin, 120 ədəd “Metadon M40” həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Nuranə Babayeva saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 5 qram, Sabunçu rayonunda yaşadığı evindən isə külli miqdarda – 3 kiloqram 470 qram heroin, 500 ədəd “Metadon” həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkarlanıb.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri başqa bir əməliyyat zamanı isə vətəndaş Gülnarə İsmayılova narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 107 qram, Nərimanov rayonunda yaşadığı mənzildən isə 470 qram heroin, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 2000 manat məbləğində pul aşkar edilib.
Digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Tağıyev saxlanılıb. Onun üzərindən və Sabunçu rayonunda yaşadığı evdən ümumilikdə 40 qram heroin və metamfetamin, eləcə də, narkotik vasitələrin satışında istifadə etdiyi 1 ədəd elektron tərəzi, həmçinin 1 ədəd “Makarov” markalı tapança aşkar olunub.
Beləliklə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də, 2920 ədəd “Metadon” həbinin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ