logo

Şəhriyarla Teymur FIDE-nin dünya  reytinqində ilk onluqda yer alır

16:30 31-03-2021 | icon 1827
Şəhriyarla Teymur FIDE-nin dünya  reytinqində ilk onluqda yer alır

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu yerdədir. Digər şahmatçılarımız – 3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci pilləyə yüksəlib, Qədir Hüseynov isə 1 pillə geriləyərək 2665 xalla 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov (2654 xal) isə 90-cı sıradadır.

Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 28-ci, Gülnar Məmmədova (2382) 79-cu, Xanım Balacayeva (2376) 89-cu yerdədirlər.

Qadın şahmatçılar arasında isə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.