logo

Qaxda zəlzələ olub

15:09 31-03-2021 | icon 1617
Qaxda zəlzələ olub

Martın 31-də Zaqatala seysmoloji stansiyasından 23 kilometr cənubda - Qax rayonunda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib.

Qeyd edilib  ki, yeraltı təkanlar yerli vaxtla saat 13:04-də qeydə alınıb.

Maqnitudası 2,9 olan və ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ bəzi vətəndaşlar tərəfindən hiss olunub.