logo

13 cudocumuz Antalya "Böyük dəbilqə”sinə yollanıb

14:44 31-03-2021 | icon 2086
13 cudocumuz Antalya "Böyük dəbilqə”sinə yollanıb

Aprelin 1-də Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

YeniAvropa xəbər verir ki, yarışda 13 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Katsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların turnirində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Günel Həsənli (hər ikisi 52 kq) qüvvəsini sınayacaqlar.