logo

Sergey Lavrov sabah Ceyhun Bayramovla görüşəcək

14:05 31-03-2021 | icon 1442
Sergey Lavrov sabah Ceyhun Bayramovla görüşəcək

Aprelin 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib. 

O, Rusiya XİN başçısının ayrı-ayrılıqda Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlər keçirəcəyini bildirib. 

Xatırladaq ki, ötən həftə Rusiya XİN -nin sözçüsü Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində aprelin 2-də görüşəcəyini  açıqlamışdı.