logo

“APA TV" bağlanmır, "Lent.az"ın isə rəhhbəri dəyişir-Vüsalə Mahirqızı 

13:23 31-03-2021 | icon 1645
“APA TV" bağlanmır, "Lent.az"ın isə rəhhbəri dəyişir-Vüsalə Mahirqızı 

Son günlər sosial mediada "APA TV"nin bağlanacağı və qurumun tərkibinə daxil olan Lent.az saytında dəyişikliklərin olacağına dair məlumatlar yayılıb.

YeniAvropa xəbər verir ki, məsələ ilə bağlı  "APA Group"un baş direktoru Vüsalə Mahirqızı "Yenisabah.az"a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib: “Yayılan məlumatlar tamamilə yalandır. Açığı, bu məlumatları kimin yaydığını mən də bilmirəm, lakin bu məlumatlar yalandır. "APA TV" bağlanmır, belə bir şey yoxdur. Sadəcə, bir neçə verilişin fəaliyyətini dayandırmışıq. Bu internet televiziyasıdır, biz zaman-zaman müşahidələr aparırıq, mövzuları tükənən, sosial şəbəkə istifadəçilərinin daha az rəğbətini görən verilişləri bağlayır, onların əvəzinə yeni verilişlər yaradırıq. "APA TV"də bir neçə verilişin fəaliyyəti müxtəlif səbəblərdən dayandırılıb, əvəzinə isə bu aydan bir neçə yeni proqram fəaliyyətə başlayacaq”.

V. Mahirqızı "Lent.az" saytının rəhbərliyindəki dəyişikliyə də münasibət bildirib:

"“Lent.az"ın baş redaktoru Qabil Abbasoğlu sabahdan baş redaktor vəzifəsindən öz istəyi ilə ayrılır. Hələ yeni il başlayandan Qabil bəy yorulduğunu, buna görə də işdən ayrılmaq istədiyini bildirmişdi. Bir müddət biz onunla davam etdik, mart ayının 1-də işdən ayrılmaq istədiyi ilə bağlı ərizə ilə müraciət etdi, mən də hörmətlə yanaşdım. Qabil müəllim çoxillik dostumdur, hazırda da belədir, bu gün də işindədir. Gələcəkdə yəqin ki, başqa bir proyektdə biz onunla birlikdə işləyə bilərik. "Lent.az"ın yeni baş redaktoru sabah kollektivə təqdim olunacaq”.

"Lent.az"a "APA"nın redaktoru Hafiz Heydərov rəhbərlik edəcəyi bildirilir.