logo

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

12:55 31-03-2021 | icon 1498
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

YeniAvropa xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.