logo

Paytaxtdakı bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

12:22 31-03-2021 | icon 1603
Paytaxtdakı bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Aprelin 1-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib. Qeyd edilib ki, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti qaydada təşkil ediləcək. Dəyişikliyə əsasən, M1, M2, M6 nömrəli ekspress marşrut üzrə avtobusların hərəkəti “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi”–Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə, 104 nömrəli müntəzəm marşrut üzrə avtobusların hərəkəti isə “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti–Vunqtau küçəsi-“Ukrayna dairəsi”–Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə müəyyən olunub.