logo

Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan vəfat etdi

11:44 31-03-2021 | icon 1652
Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan vəfat etdi
Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

YeniAvropa xəbər verir ki, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

 
N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbdə fizika müəllimi işləyib və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.
 
Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.