logo

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi

10:48 31-03-2021 | icon 4319
Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi
Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

YeniAvropa "Sputnik Armenia”ya istinadən xəbər verir ki, D.Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.

"Bu gün 25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək",-deyə Bulqakov bildirib.
 
O qeyd edib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə sülhməramlılara ixtisaslı həkimlər yardım göstəriləcək. Onun sözlərinə görə səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq.
 
"Aprel ayının sonunadək sülhməramlı qüvvələrimizin bütün istiqamətlərdə tam təchizatını başa çatdırmalıyıq",-deyə D.Bulqakov vurğulayıb.