logo

Müdafiə Nazirliyindən Xocavənddə göldə boğulan gizirlə bağlı açıqlama

09:43 31-03-2021 | icon 1540
Müdafiə Nazirliyindən Xocavənddə göldə boğulan gizirlə bağlı açıqlama

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi qulluqçumuzun ölümü ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.