ADÖPA və TÜRKPA-nın ilk birgə videokonfransı keçirilib
Martın 30-da Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının (ADÖPA) və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) “Dayanıqlı iqtisadi dirçəlişin formalaşdırılmasında bölgələrarası əməkdaşlıq” mövzusunda birgə onlayn konfransı keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, 2020-ci ildə bu iki qurum arasında ortaq maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın təşviqi üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri özündə ehtiva edən bu tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) nümayəndələri də iştirak ediblər. Beynəlxalq konfransın məqsədi hər iki bölgədə iqtisadi canlanmanı sürətləndirmək üçün siyasət və qanunvericilik sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi idi.
Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq münasibətlər Komissiyasının üzvü Cavanşir Feyziyev prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 2020-ci il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(TDƏŞ) “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda fövqəladə Zirvə görüşü keçirildiyini xatırladaraq, Azərbaycan rəhbərliyinin pandemiyanın yaratdığı sosial-iqtisadi problemlərin həllində göstərdiyi səyləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Deputat prezident İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının sədri qismində bu quruma üzv ölkələrin dövlət başçılarının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün təşkil edildiyini və BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirildiyini vurğulayaraq, pandemiya dövründə Azərbaycanın beynəlxalq əməkdaşlıqla bağlı təşəbbüslərindən bəhs edib.
Pandemiyanın iqtisadiyyata təsirindən danışan Cavanşir Feyziyev Azərbaycan iqtisadiyyatının 2020-ci ildə təxminən 4 faiz azaldığını, ancaq bununla belə, qeyri-neft sənayesində, elektrik enerjisi, qaz istehsalında, kənd təsərrüfatı və rabitə sahələrində artımın olduğunu diqqətə çatdırıb.
Sonra konfransda məhdudlaşdırıcı tədbirlərdən qeyri-mütənasib olaraq təsirlənmiş özəl sektorun, xüsusən də, kiçik və orta biznesin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün təcrübə mübadiləsi, milli iqtisadiyyatların ekoloji və rəqəmsal transformasiyasına dair fəaliyyət planlarının paylaşılması, aşağı karbonlu və dairəvi iqtisadi modellərə keçid, hər iki bölgədə İKT imkanlarının artırılması, həmçinin mövcud sağlamlıq böhranının aradan qaldırılmasında peyvənd əməkdaşlığının rolu, peyvəndin milli və regional iqtisadiyyatlara müsbət təsirləri barədə müzakirələr aparılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir